Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:36

İran və ABŞ Tehranın nüvə proqramını bir daha müzakirə edib


ABŞ dövlət katibi John Kerry İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə Almaniyada keçirilən təhlükəsizlik sammitinin kuluarlarında görüşüb.

John Kerry görüş zamanı İran tərəfini Qərbə nüvə proqramına dair sazişdə verdiyi vədlərə sonadək əməl etməyə çağırıb.

Tətbiqinə yanvar ayından başlanan keçid sazişinə aid fəaliyyət növbəti altı ay ərzində davam edəcək.

Bu tədbirlərə İranın nüvə obyektlərinin daimi BMT nəzarəti altında olmasıdır.

Bundan sonra İranın nüvə silahı hazırlamaq niyyətinin olmamasına əmin olduqdan sonra Qərb və İran arasında daimi saziş imzalanmalıdır.

İran tərəfi nüvə silahı hazırlamaq niyyətində olduğu barədə iddiaları rədd etsə də, üzərinə qoyulmiş sanksiyaların qaldırılıması naminə Qərblə əməkdaşlığa razılaşıb.

Bundan əvvəl Avropa İttifaqının xarici işlər komissarı Catherine Ashton İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə görüşünün ardınca Tehran və Qərb arasında növbəti danışıqların fevralın 18-də keçiriləcəyini elan edib.

Vyanada keçiriləcək bu danışıqlarda Qərbi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya təmsil edəcək.

İranın BMT təftişlərinə razılaşması müqabilində ona qarşı neft-kimya məhsulları, sığorta, qızıl və başqa qiymətli metalların alveri, təyyarə hissələrinin satın alınması sahəsində tətbiq edilmiş sanksiyalar artıq qaldırılıb.
XS
SM
MD
LG