Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:08
İranda 2009-cu il prezident seçkilərinin ardınca başlanmış etiraz hərəkatının iki liderindən biri olan Mehdi Karroubi həbsdən azad edilib.

İran parlamentinin 76 yaşlı keçmiş spikeri Mehdi Karroubi 2011-ci ildən bəri ciddi mühafizə olunan dövlət təcridxanalarından birində saxlanırdı.

Cənab Karroubi və milliyyətcə azərbaycanlı ikinci namizəd Mir Hossein Mousavi kütləvi küçə iğtişaşlarını qızışdırmaqda ittiham olunurlar.

2009-cu il seçkilərində Mahmoud Ahmadinejad-ın təkrar prezident seçilməsi kütlələrin “yaşıl hərəkat” kimi tanınan etiraz və müqavimətinə səbəb olmuşdu.

Bununla belə, Karroubi-nin oğlu İSNA agentliyinə bildirib ki, atası evə qayıtsa da, gələcək taleyi bəlli deyil.

O bildirib ki, atası hazırda evin ikinci mərtəbəsində yaşayır, birinci mərtəbədə isə mühafizə dəstəsi yerləşdirilib.

Onun sözlərinə görə, atasına yalnız yerli telekanallara baxmaq icazəsi verilib. O peyk televiziyasına baxa, internet və telefondan istifadə edə bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG