Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:40

Misirdə məhkəmə keçmiş prezidentin tərəfdarlarını azad etdi


Foto (Arxiv)
Foto (Arxiv)
Misir məhkəməsi hakimiyyətdən devrilmiş və hazırda həbsxanada olan keçmiş prezident Mohammed Morsinin zorakı etirazlar zamanı həbs olunmuş 60 tərəfdarının işinə xitam verib.

Hakimlər həmçinin Əl-Cəzirə telekanalının operatorunu həbsxanadan azad ediblər.

Müsəlman Qardaşlığı təşkilatına bağlı olan bu adamların əksəriyyəti qətlə qəsd və iğtişaşlarda iştirak ittihamı ilə həbs edilmişdilər.

Onlar Morsinin 2013-cü ilin iyulunda hərbiyyə tərəfindən devrilməsinə etiraz etmişdilər.
Lakin hökumətin bu etirazlara qarşı sərt hərəkətləri nəticəsində çox sayda insan həlak olmuşdu.

Əl-Cəzirənin operatoru Mohamed Badr və daha 61 nəfər dekabrdan bəri həbsxanada idilər.

Misir prokurorları Əl-Cəzirənin daha 20 jurnalistinə qarşı cinayət işi qaldırıblar. Onların arasında keçmiş BBC müxbiri Peter Greste də var.
XS
SM
MD
LG