Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:13
-
CNN xəbər verir ki, "Oscar" mükafatlı Amerika aktyoru Philip Seymour Hoffman dünyasını dəyişib. Onun meyiti Nyu-Yorkdakı 4 mərtəbəli evində tapılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə CNN-ə bildirib ki, 46 yaşlı aktyorun meyiti hamamda tapılıb. Onun əlində şpris olub və güman ki, narkotik maddənin aşırı dozasından ölüb.

Onun evindən heroin də tapllıb.

Hoffman 8 il qabaq "Ən yaxşı aktyor" nominasiyasında "Oscar" mükafatına layiq görülmüşdü - "Capote." filmindəki roluna görə.

Film 20-ci əsr Amerika ədəbiyyatının klassiki Truman Capote-nin həyatından bəhs edir.

Hoffman ötən ay Sundance Film Festivalına qatılmışdı. Çəkildiyi "God's Pocket" filminin premyerası orada olmuşdu.

"Capote" filminin treyleri

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG