Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:42

Moskvada Bolotnaya məhbusları ilə həmrəylik yürüşü keçirlir


-
Moskvada həbsdə olan müxalifət fəallarının azad olunması tələbi ilə etiraz yürüşü keçirilir.

Yürüş iştirakçıları 2012-ci ilin mayında müxalifətin etiraz mitinqlərdində həbs olunan şəxslərin buraxılmasını tələb edirlər. O zaman Putinin prezidentliyinə etiraz edən minlərlə adam Moskvanın Bolotnoe meydanında mitinq keçirmişdi. Sonradan bu mitinqdə iştirak edən fəallar müxtəlif müddətə azadlıqdan məhrum olundular. Rusiyada keçirilən bu məhkəmə prosesi “Bolotnoe delo” adı ilə məşhurdur. Müxalifət onların siyasi motivlərlə həbs olunduqlarını iddia edərək, dərhal azad olunmalarını tələb edir.

Fevralin 2-də Moskvanın mərkəzində keçirilən yürüş paytaxt meriası ilə razılaşdırılıb. AzadlıqRadiosu Rusiya xidməti ilə söhbətində yürüş təşkilatçılarından biri, “Solidarnost” hərəkatının fəalı Petr Tsarkov bildirib ki, yürüşdən sonra nəzərdə tutulan mitinq keçirilməyəcək, çünki rəsmilər icazəni ancaq yürüşə veriblər.

"Mitinq keçirmək tələbimizdə inadlı olsaydıq, onda heç yürüşə də icazə verməyəcəkdilər" -deyə Tsarkov bildirib.

Onun dediyinə görə, meriyaya müraciətdə 30 minlik yürüş istəsələr də, cəmi 15 min adamın iştirakına icazə verilib. Lakin onun sözlərinə görə, əslində rəqəmlər virtual məna daşıyır.

"Çünki 50 min adam toplaşsaydı belə, Moskva polisi elan edəcəkdi ki, cəmi 10 min adam var" - deyə Tsarkov əlavə edib.

Pushkin meydanından başlayan yürüş Turgenev meydanda başa çatıb. "Solidarnost", "Sol cəbhə", Sosialist hərəkatı, anarxistlər, millətçilər və kazakların iştirak ediyi aksiyanın əsas şüarı "6 may məhbuslarına azadlıq!" olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG