Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:02

Elmar Məmmədyarov ABŞ rəsmisi ilə görüşüb


ABŞ Dövlət katibinin Avropa və Avroasiaya məsələri üzrə müavini Victoria Nuland

ABŞ Dövlət katibinin Avropa və Avroasiaya məsələri üzrə müavini Victoria Nuland

Nazir Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Victoria Nuland ilə görüşüb.

Məlumatı Xarici İşlər Nazirliyi yayıb. Görüşdə Azərbaycan-ABŞ arasında ikitərəfli məsələlər, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və regiondakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG