Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:46

İranın xarici işlər naziri Vyana görüşünə “inam”dan danışır


İran nüvə böhranına son qoymaq üçün dünya gücləri ilə əməkdaşlığı davam etdirəcək. Bunu İranın xarici işlər naziri Javad Zarif bazar günü Münhen Təhlükəsizlik Konfransında deyib. Onun sözlərinə görə, İran fevralın 18-də Vyanaya altı ölkə ilə növbəti görüşə “yaxşı inamla” gedəcək.

Zarif onu da bildirib ki, Tehranın məqsədi təkcə hazırkı altı-aylıq keçid müddətində danışıqlar aparmaq deyil, həmçinin daimi həll tapmaqdır. Onu da sözlərinə əlavə edib ki, Tehrana beynəlxalq sanksiyaların qüvvədə qalması İranın bu prosesə inamını sarsıdır.

Zarif bazar günü Münhendə ABŞ dövlət katibi John Kerry ilə də görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG