Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Kosovo, Serbiya ilə münasibətlərin normallaşmasını faydalı sayır


Arxiv fotosu.

Arxiv fotosu.

Serbiya və Kosovonun baş nazirləri Belqrad və Priştina arasında münasibətlərin normallaşması prosesini tərəflər üçün faydalı adlandırıb. Serbiyadan İvica Dacic və Kosovodan Hashim Thaci bazar günü Münhen Təhlükəsizlik Konfransında Avropa Birliyinin (AB) xarici siyasət rəhbəri Catherine Ashton-a sülh danışıqlarını apardığı üçün təşəkkür edib.

Hər iki baş nazir bildirib ki, ictimaiyyəti sülh sazişinin faydasına inandırmaq diplomatik fəaliyyətin ən böyük çətinliklərindən olub. Hər iki lider Kosovo ilə Belqrad arasında yeni magistral yolun çəkilməsinə razılıq bildirib və AB-nin layihəni maliyyələşdirməsini təklif edib.

Kosov və Serbiya AB-yə üzv olmaq istəyir, bu isə onların münasibətlərini tənzimləməsindən asılıdır.

Dünyanın siyasi liderləri və müdafiə rəsmilərinin toplaşdığı 3 günlük Münhen Təhlükəsizlik Konfransı bazar günü bitir.

Günün bütün mövzuları

XS
SM
MD
LG