Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:54

Moskvada Bolotnoe məhbusları ilə həmrəylik yürüşü (FOTOSESSİYA)


Moskvada həbsdə olan müxalifət fəallarının azad olunması tələbi ilə etiraz yürüşü keçirlrir.

Yürüş iştirakçıları 2012-ci ilin mayında müxalifətin etiraz mitinqlərdində həbs olunan şəxslərin buraxılmasını tələb edirlər. O zamn Putinin prezidentliyinə etiraz edən minlərlə adam Moskvanın Bolotnoe meydanında mitinq keçirmişdi. Sonradan bu mitinqdə iştirak edən fəallar müxtəlif müddətə azadlıqdan məhrum olundular. Rusiyada keçirilən bu məhkəmə prosesi Bolotnoe delo adı ilə məşhurdur. Müxalifət onların siyasi motivlərlə həbs olunduqlarını iddia edərək, dərhal azad olunmalarını tələb edir.

Fevralin 2-də Moskvanın mərkəzində keçirilən yürüş paytaxt meriası ilə razılaşdırılıb. AzadlıqRadiosu Rusiya xidməti ilə söhbətində yürüş təşkilatçılarında biri, “Solidarnot” hərəkatının fəalı Petr Tsarkov bildirib ki, yürüşdən nəzərdə tutulan mitinq keçirilməyəcək, çünki rəsmilər icazəni ancaq yürüşə veriblər.

- Mitinq keçirmək tələbizimzdə inadlı olsaydıq, onda heç yürüşə də icazə verməyəcəkdilər deyə Tsarkov bildirib.

Onun sözlərinə görəmeriaya müraciətdə 30 minlik yürüş istəsələr də, cəmi 15 min adamın iştirakına icazə verilib. Lakin onun sözlərinə görə, əslində rəqəmlər virtual məna daşıyır.

- Biz bura 30 min yox, lap 50 min adam çıxartsaydıq belə, onsuz da Şəhər polisi cəmi 10 min adamın olduğunu deyəcək.
XS
SM
MD
LG