Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:38

Azəriqaz qaz təhcizatının normallaşmasını vəd edir


Azerbaijan -- water pipeline construction, 2010
Azerbaijan -- water pipeline construction, 2010
Fevralın 1-də "Digah-Böyük Şor" magistral qaz kəmərində sızma baş verib. Bununla əlaqədar Bakının Nərimanov, Nizami, Sabunçu, Xətai və Binəqədi rayonlarına qaz təhcizatına məhdudiyyətlər qoyulub. “Azəriqaz” Bakıda fasiləsiz qaz təchizatının yaxın saatlarda bərpa olunacağını vəd edir.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev APA TV-yə bildirib ki, qəza bərpa işləri ilə bağlı Suraxanı, Sabunçu rayonlarında qazın verilməsinə məhdudiyyət qoyulub.

Bu problemin bir neçə saat ərzində həll edilməsinə çalışılır.

Bildirilib ki, Abşeronda problem aradan qaldırılsa da, Qaradağ rayonun Buta qəsəbəsində hələlik qazın verilməsinə məhdudiyyət qoyulub.
XS
SM
MD
LG