Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:12

"Onun heykəlini istəmirik"


Rusiya - Soljenitsın qayıtdı, 1994
Rusiya - Soljenitsın qayıtdı, 1994
-

"Russia Today" xəbər verir ki, Rusiyanın Tolyatti şəhərində Nobel mükafatlı yazıçı Aleksandr Soljenitsına mərkəzi parkda abidə qoymaq təşəbbüsü etirazla qarşılanıb.

Heykəl təşəbbüsü ilə "Siyasi repressiya qurbanları" təşkilatı çıxış edib və bunun üçün vəsaitin toplanmasına başlayıb.

Amma yerli müharibə veteranları dərhal bunun əleyhinə imza toplamağa başlayıblar.

Onların fikrincə, Soljenitsının "SSRİ-nin dağılmasında", "tarixi vətənimizin ədalətsiz olaraq süquta uğramasında" böyük rolu olub.

Veteranlara Kommunist Partiyasının yerli şöbəsi və şəhərdə fəaliyyət göstərən bir gənclər təşkilatı dəstək verir.

Onlar SSRİ-nin sosializm və pravoslav dəyərləri əsasında bərpası üçün çalışırlar.

Abidəyə təşəbbüsünə qarşı mediada kampaniya aparmaqla yanaşı onlar meriyaya da şikayət məktubları yazırlar.

Soljenitsın sovet dövrünün məşhur dissidentidir. Stalinin yaratdığı əmək düşərgələrində cəza çəkib.

"Anti-sovet" əsərlərinə görə 1974-cü ildə SSRİ-dən çıxarılıb. 1994-cü ildə yenidən Rusiyaya qayıdıb və 2008-ci ildə vəfat edib.

Rusiya hökuməti onun xatirəsinin əbədiləşdirilməsi haqda sərəncam verib

Amma hətta Moskvada da onun adına küçə verilməsinə etiraz edənlər olmuşdu.

Sovet nostalgiyası və SSRİ-nin bərpasına çağırışlar Rusiyada güclüdür.

Levada Mərkəzinin 2013-cü ildə keçirdiyi sorğuya görə, rusiyalıların 57 faizi SSRİ-nin dağılmasına heyfsilənir. Bu hisslər xüsusən də yaşlı nəsil arasında güclüdür.
XS
SM
MD
LG