Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:53

Tailandda qanlı və müxalifətsiz seçki


Tailandın baş naziri Yingluck Shinawatra
Tailandın baş naziri Yingluck Shinawatra
Tailandda keçiirlən səsvermə başa çatıb, seçki məntəqələrinin artıq bağlandəğı bildirlir.

Seçki rəsmilərinin bildirdiyinə görə, ölkə üzrə seçki məntəqələrinin 89 faizində səsvermə baş tutub. Ölkənin əsasən cənubunda məntəqələrdən çoxu bağlı qalıb. Cənub vilayətlərinin 9-da səsvermə təxirə salınıb.

Müxalifət seçkini boykot edib, etirazçılar isə pozmağa çalışıb.

Ölkənin cənubunda yaraqlılar 3 əsgəri və 1 seçki rəsmisini öldürüblər.

Tailanda bir neçə aydır etirazçılar baş nazir Yingluck Shinawatra və hökumətinin istefasını tələb edirlər. Onu korrupsiyada, 2006-cı ildə hərbi qiyamla devrilmiş qardaşı Thaksin-in adından çıxış etməkdə günahlandırırlar.
XS
SM
MD
LG