Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:13

ABŞ və İran xarici işlər nazirləri görüşdülər


Germany -- US Secretary of State John Kerry arrives at Tegel Airport in Berlin, January 31, 2014

Germany -- US Secretary of State John Kerry arrives at Tegel Airport in Berlin, January 31, 2014

ABŞ-ın dövlət katibi John Kerry İranın xarici işlər naziri Muhammad Javad Zarif-lə görüşüb, gələn ay İran və dünya güclərinin təmsilçiləri arasında keçiriləcək danışıqları müzakirə edib. Görüş bazar günü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilib.

ABŞ dövlət departamentinin adı çəkilməyən rəsmisinin sözlərinə görə, Kerry deyib ki, İranın nüvə proqramına dair danışıqlar davam edərkən “Birləşmiş Ştatlar İrana hazırkı sanksiyaları qüvvədə saxlayacaq”.

İran nüvə proqramını məhdudlaşdırmağa və sanksiyaların tədricən yüngülləşdirilməsi əvəzinə müfəttişlərə icazə verməyə razılaşıb. Görüş noyabrın sonlarında Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və Birləşmiş Ştatların təmsilçiləri ilə keçirilib. Danışıqların növbəti raundu fevralın 18-də Vyanada olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG