Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:54

24 yaşlı qızın özünü yandırmasında günahkar bilinən şəxs tutulub


İllüstrasiya fotosu
İllüstrasiya fotosu
3 gün əvvəl Bakıda 24 yaşlı qızın özünü yandırmasında təqsirli bilinən şəxs tutulub. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, həmin iş üzrə cinayəti törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Yanvarın 30-da Bakı şəhərində yaşayan Lənkəran qeydiyyatlı sakini Məlakə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək yandırmaqla intihara cəhd edib. O, yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib. Hazırkı vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

125-Cİ MADDƏ ÜZRƏ CİNAYƏT İŞİ BAŞLANIB

Prokurorluq bildirir ki, M. Bayramlı Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olub, Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyətdə olublar.

Bir müddətdən sonra M. Bayramlı Ə.Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət edib. Ancaq sonrakı ərizələrində Ə. Həbibli ilə könüllü cinsi əlaqədə olduğunu, evlənmək məqsədilə artıq nişanlandıqlarını və şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib.

Yenə rəsmi məlumata görə, Ə. Həbibli M. Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M. Bayramlı bundan hiddətlənərək özünü yandırmaqla intihara cəhd edib.

Fakt üzrə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanaraq istintaq aparılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG