Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:03
Ermənistanın müstəqil jurnaslitləri imzatoplama kampaniyası keçirərək Azərbaycan və Ermənistan prezidentlərinə müracuət etmək istəyirlər. Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi çərçivəsində təşkil olunan petisiyada Azərbaycan sərhədini keçmiş erməni Mamiko Khodjayan-ın bunu təsadüfən etdiyi bildirlir, onun tezliklə doğma kəndinə qayıtması üçün tədbir görülməsi xahiş olunur.

77 yaşlı Mamiko Khodjayan yanvarın 28-də Azərbaycan tərəfə əsir düşüb.

Ermənistan tərəfi Tovuz rayonunun Əlibəyli kəndində tutulan yaşlı adamın təxribat qrupunun bələdçisi olması barədə Bakıdan yayılan rəsmi məlumatı inkar edib.

Erməni mediasının yazdığına görə Əlibəylidə saxlanan 77 yaşlı Mamiko Khodjayan sərhəd kənddə yaşayan və psixi problemləri olan qocadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG