Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:32

Əfqanıstanın prezidenti hakimiyyətdən gedir


Afganistan -- Afghan Election
Afganistan -- Afghan Election
Bazar günü Əfqanıstanda prezident seçkisi kampaniyası start götürür. Aprelin 5-də keçiriləcək səsvermədə on bir namizəd yarışacaq.

Hazırki prezident Hamid Karzai artıq 2 müddət bu vəzifədə olub. O, ölkəni 2001-ci ildə Amerikanın müdaxiləsi nəticəsində Taliban hakimiyyətdən uzaqlaşdırılandan sonra ölkəni idarə edir. Karzai-nin 3-cü dəfə prezident postuna seçilməsini konstitusiya qadağan edir.

11 namizəddən hələlik heç biri digərlərindən fərqlənmir və heç birinin səs çoxluğunu qazanacağı gözlənilmir. Təhlilçilər bu seçkini Əfqanıstanın gələcəyi üçün həlledici sayırlar.

Milyardlarla dollar həcmində xarici yardım ölkənin azad və ədalətli seçki keçirməsindən asılıdır.

Bu, ölkənin birbaşa xarici yardımdan asılı olmadan keçirdiyi ilk müstəqil səsvermədir.
XS
SM
MD
LG