Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:53

FHN qanunsuz tikilən obyektlərə xəbərdarlıq edir


Arxiv fotosu
Arxiv fotosu
Fevralın 1-də Fövqəladə Hallar Nazirliyi (FHN) müşavirə keçirilib. APA-nın yaydığı xəbərə əsasən toplantı nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında keçirilib.

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov qanunsuz və qanun pozuntuları ilə tikilən obyektlərin inşasının dayandırılması və sökülməsi ilə bağlı tədbirlər görüləcəyini bildirib.

Müşavirədə təhlükəsizlik qaydalarının pozulması problemləri də müzakirə olunub. Nazir pozuntulara yol vermiş hüquqi və fiziki şəxslər barəsində normativ aktlara uyğun tədbirlərin görüləcəyini vurğulayıb.
XS
SM
MD
LG