Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:53

Moldovada referendum keçirilir


Moldovanın Qaqauziya muxtar respublikasında bazar günü referendum keçirilir. Əhali Avropa Birliyi, yaxud MDB-nin Gömrük İttifaqıyla daha sıx münasibətləri dəstəklədiyini bildirməlidir.

Qaqauziyanın 155 minlik əhalisini əsasən qaqauzlar təşkil edir. Qaqauzlar pravoslav xristianlığı təriqətinə məxsus etnik türklərdir. Sakinlərdən çoxu Kişinyovun AB ilə inteqrasiya gündəliyinin Moldovanı qonşu Rumıniya ilə birləşdirməyi hədəfləməsindən narahatdır.

AzadlıqRadiosunun Moldova xidmətinə müsahibəsində Qaqauziyanın qubernatoru Mikhail Formuzal Rusiyaya inteqrasiyaya üstünlük verdiyini açıq şəkildə bildirib.

Moldovanın mərkəzi hökuməti fevralın 2-də referendumun qarşısını almaq üçün çox çalışıb. Hökumət bu səsverməyə ölkənin ərazi bütövlüyünə hədə kimi baxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG