Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:58

Yəməndə neft boru kəməri partladılıb


Yəmənin Marib əyalətində iri ixrac neft boru kəməri partladılıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hücuma “qara qızıl”ı Qırmızı dənizdəki Ras-İsa limanına nəql edən magistral boru kəməri məruz qalıb. Partlayışdan sonra kəmərdə yanğın baş verib. Neftin nəqli hazırda dayandırılıb.

Qeyd olunan ixrac neft boru kəmərində təmir işləri 2 ay əvvəl yekunlaşıb. İxrac neft kəmər mütəmadi olaraq mərkəzi hakimiyyətə təzyiq etməyə çalışan yerli tayfaların hücumuna məruz qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG