Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:09

İspaniyada sərt abort qanununa qarşı etiraz aksiyası keçirildi


Foto (Arxiv)

Foto (Arxiv)

Madriddə minlərlə ispan abort hüququnu məhdudlaşdıran qanun layihəsinə qarşı etiraz nümayişi keçirib.

Hökumətin dəstəklədiyi qanuna etiraz edənlərin əllərində “Qoy qərarı analar qəbul etsinlər” tipli plakatlar olub.

Yeni qanun abortlara yalnız hamiləlik zorlamanın nəticəsi olduqda və gələcək ananın səhhəti üçün təhlükə yaratdıqda icazə verir.

Hazırda qüvvədə olan qanun isə qadınlara hamiləliyin 14-cü həftəsindək abort etdirmək hüququ tanıyır.

Nümayişçilər yeni qanun layihəsinin müəllifi, ədliyyə naziri Alberto Ruiz-Gallardon-un istefasını tələb ediblər.

Yeni qanunun parlamentdən keçəcəyi gözlənilir, çünki iqtidar partiyası orada mütləq çoxluğa malikdir.

Müxalifət isə bildirir ki, bu qanun qəbul edilərsə, bir çox qadınlar qanunsuz abort edən həkimlərə müraciət etməli olacaqlar, bu isə son dərəcə təhlükəlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG