Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:18

İranın Qərblə növbəti danışıqları fevralın 18-nə təyin edilib


Avropa Ittifaqının xarici işlər komissarı Catherine Ashton.
Avropa Ittifaqının xarici işlər komissarı Catherine Ashton.
Tehranla Qərbin 6 supergücü arasında İranın nüvə proqramının bəzi sahələrinin, ona qarşı mövcud sanksiyaların qaldırılması müqabilində məhdudlaşdırılmasına dair uzunmüddətli saziş barədə danışıqların növbəti raundu fevralın 18-də Vyanada keçiriləcək.

Reuters xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının xarici işlər komissarı Catherine Ashton elan edib.

Xanım Ashton bildirib ki, danışıqların davam etdirilməsi barədə razılıq İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə Münhen təhlükəsizlik konfransında “olduqca maraqlı” söhbətdən sonra əldə edilib.

Bu görüş zamanı Mohammad Javad Zarif xanım Aston-u İrana səfərə dəvət edib və Avropa İttifaqının xarici işlər komissarı bu təklifə müsbət cavab verib.

Catherine Ashton İranın ABŞ, Britaniya, Fransa, Rusiya, Almaniya və Avropa İttifaqı ilə danışıqlarında əlaqələndirici rolunu oynayır.
XS
SM
MD
LG