Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:18

Ermənistan Türkiyə və İranla sərhədlərini modernləşdirir


Ermənistan-Türkiyə sərhədi
Ermənistan-Türkiyə sərhədi
-
Bu barədə AzadlıqRadiosuna Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Baghdasaryan məlumat verib. Onun dediyinə görə, Mehri sərhəd-keçid məntəqəsinin bir hissəsinin modernləşməsi üçün Avropadan qrant kimi alınan 500 min avro xərclənəcək.

Amma Artur Baghdasaryan hesab edir ki, Mehri sərhəd məntəqəsinin Avropa standartlarına uyğun qurulmasına 25 milyon avro tələb olunur.

O, həmçinin bu il Ermənistanda Rusiya sərhəd nümayəndəliyinin açılacağını, bundan sonra ölkənin İran və Türkiyə sərhədlərindəki mühafizə sisteminin də modernləşdiriləcəyini deyir.

«Bundan sonra sərhəddə tikanlı məftillər yox, müasir idarəetmə qurğuları olacaq» - deyə Artur Baghdasaryan vurğulayıb.
XS
SM
MD
LG