Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:20

Özünü yandıran 24 yaşlı qız əməliyyat olunub


-
Bakıda özünü yandıran Lənkəran sakini Məlakə Bayramlı fevralın 1-də əməliyyat olunub.

Bunu AzadlıqRadiosuna 5 saylı xəstəxananın yanıq şöbəsindən əməliyyatı aparan həkim Vüqar Ələkbərov deyib:

«Nəfəs alması çətinləşdiyindən onun üzərində cərrahi əməliyyat apardıq. Nəfəs alması yaxşılaşsa da, vəziyyəti ağır olaraq qalır».

Vüqar Ələkbərovun dediyinə görə, hazırda reanimasiya şöbəsində ağır yanıq xəsarəti almış 9 nəfər var:

«Onlardan ikisi intihara cəhd etmiş şəxslərdir. Biri Bakıda özünü yandıran Məlakə Bayramlı, o biri də Yevlaxda özünü yandıran əlil Nizami Kərimovdur».
XS
SM
MD
LG