Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:58

Baş prokurorluq özünü yandıran qızla bağlı məlumat yayıb


Baş Prokurorluq
Baş Prokurorluq
-
Məlumatda qeyd olunur ki, 1990-cı il təvəllüdlü Lənkəran sakini Məlakə Bayramlı Əli Həbibli ilə aralarındakı mübahisəyə görə intihara cəhd edib.

Bildirilir ki, Məlakə Bayramlı 2013-cü ilin oktyabrına qədər MTN--nin Mühafizə Taborunda hərbi xidmətdə olmuş Əli Həbibli ilə dəfələrlə görüşərək yaxın ünsiyyətdə olub. Bir müddət sonra həmin şəxsin onu zorlaması barədə Hərbi Prokurorluğa müraciət edib. Amma sonrakı müraciətlərində o, əvvəl dediklərini təkzib edərək Əli Həbibli ilə artıq nişanlandıqlarını bildirib. Şikayətlərindən imtina edib.

Prokurorluq bildirir ki, zorlanma hadisəsi təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilib.

Baş Prokurorluq qeyd edir ki, adıçəkilən şəxslər nişanlanaraq bir müddət əlaqələrini davam etdiriblər. Sonradan aralarında yenidən münasibətlər pozulduğuna və ailə qurmadıqlarına görə Məlakə Bayramlı özünü yandırmaqla intihara cəhd edib.

Fakt üzrə Səbail rayon Prokurorluğunda intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 30-da özünü yandıran Məlakə Bayramlı hazırda 5 saylı xəstəxanada müalicə olunur. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
XS
SM
MD
LG