Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:27
-
Qarabağ müharibəsi əlilləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşüblər.

Nazirliyin internet səhifəsində verilən məlumata görə, yanvarın 31-də keçirilən görüşdə «Vətən Əlilləri» İctimai Birliyinin sədri Firudin Məmmədov, «Qarabağ Qaziləri» İctimai Birliyinin sədri Etimad Əsədov və birliyin bir neçə üzvü iştirak edib.

Müharibə əlillərinin sosial problemlərinin həlli ilə bağlı hazırlanan və bir müddət əvvəl prezidentə göndərilən təkliflər nazirə təqdim olunub.

Məlumata görə, Səlim Müslümov nazirliyin səlahiyyətlərinə aid məsələlərin həll olunması üçün müvafiq işlərin görülməsi barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Müharibə əlilləri rastlaşdıqları problemlərin həllinin yalnız bir nazirliyin səlahiyyətində olmadığını bildirərək problemlərin kompleks həlli üçün nazirlik yanında ayrı-ayrı dövlət qurumlarının təmsil olunduğu komissiyanın yaradılması təklifini irəli sürüblər.

Təklif müsbət dəyərləndirilib və reallaşdırılması üçün müvafiq addımların atılacağı bildirilib.

Ötən ilin dekabrında ikinci qrup Qarabağ müharibəsi əlili Zaur Həsənovun özünü yandırmaqla intihar etməsindən sonra müharibə əlilləri sosial problemlərinin həlli ilə bağlı 5 bəndlik təklif hazırlayaraq ölkə prezidentinə göndəriblər. Həmin sənəddə əllilərə verilən təqaüdün artırılması, müalicə, reabilitasiya və əlil övladlarının pulsuz ali təhsil almasını nəzərdə tutan təkliflər yer alıb. Sənəd müəllifləri hesab edirlər ki, onların təklifləri nəzərə alınarsa, bu müharibə əlillərinin vəziyyətini, az da olsa, yaxşılaşdıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG