Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:00

Lerik və Yardımlıda qar özü ilə problemlər gətirib


Foto: Arxiv
Foto: Arxiv
-
Qarın yağması dağ rayonları olan Lerik və Yardımlıda qazın verilməsində fasilələr yaranıb. 50-dən çox kəndə elektrik verilməsi dayandırılıb.

Bundan başqa, Lerik-Lənkəran yolunda maşınların hərəkəti məhdudlaşıb.

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikovun AzadlıqRadiosuna dediyinə görə, problemlər artıq aradan qaldırılmaq üzrədir.

«Azəriqaz» İB-nin yaydığı məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar fevral 1-də Bakının Nərimanov, Nizami, Binəqədi, Sabunçu, Nəsimi və Xətai rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
XS
SM
MD
LG