Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:21

Rusiyada internet resurslarına məhdudiyyət qoyulacaq


Rusiyada fevralın 1-dən internet resursların məhkəməsiz bağlamasına icazə verən qanun qüvvəyə minir.

Bu barədə İTAR-TASS məlumat yayıb. Məlumata görə, internetdə səhifəsində ekstremizm və ya kütləvi iğtişaşlara çağırış olacağı halda həmin resurslara giriş məhkəmə qərarı olmadan baş prokuror və ya onun köməkçisinin sorğusu əsasında “dərhal” məhdudlaşdırılacaq.

Hazırda Rusiyada uşaq pornoqrafiyası yayan, narkotik maddənin hazırlanması yollarını öyrədən, intiharlara çağıran saytlar blokirovka olunur. Bu vaxta qədər “ekstremist” matreallar yayan saytların bağlanması məhkəmə qərarından sonra mümkün olurdu.

Rusiyanın elektron kommunikasiya assosiasiyaları yeni qanunun daha çox internet resurslarını əhatə edə biləcəyindən narahatdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG