Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:14

BMT baş katibi dünyadakı bütün münaqişə tərəflərini atəşkəsə çağırıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Ban Ki-moon fevralın 7-dən martın 16-a qədər Soçidə davam edəcək Qış Olimpiya və Paralimpiya oyunları müddətində dünyadakı bütün münaqişə tərəflərini atəşkəsə çağırıb.

“Olimpiya oyunları başlamaq üzrədir. Amma mən Suriya, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan və zorakılıqların davam etdiyi digər bölgələrdəki xalqların çəkdiyi acıları düşünürəm. Bütün döyüşən tərəflərdən BMT baş assambleyası tərəfindən qəbul olunmuş “olimpiada atəşkəsi”nə hörmət göstərmələrini istəyirəm”.

BMT baş katibinə görə, Olimpiyada müddətində qarşıdurmalar dayandırılacağı halda tərəflər uzun müddətli atəşkəs və daimi sülh imkanı əldə edə bilərlər.

“Qarşıdakı bir neçə həftə ərzində olimpiya məşəli xalqlar bir yerə toplaşanda nələrin mümkün olacağını bizə xatırladacaq” deyə müraciətə yekun vurulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG