Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:59
-

Tanınmış rus yazıçısı, müxalifətdəki “Başqa Rusiya” partiyasının lideri Eduard Limonov yanvarın 31-də icazəsiz mitinq təşkil etdiyi üçün saxlanıb.

Polis Triumfalnı meydanında, toplaşmaq azadlığının müdafiəsi şüarı ilə aksiyaya cəhd etmiş daha 25 nəfəri də bölməyə aparıb.

Limonovu elə həmin gün sərbəst buraxıblar. 2010-cu ildə “OMON”çular həbs zamanı yazıçının barmağını qırmışdılar. Bu dəfəki saxlanma zamanı, dediyinə görə, onunla normal rəftar ediblər.

Amma inzibati hüquqpozmada günahlandıraraq fevralın 11-də məhkəmə olacağını bildiriblər.

"Mən Triumfalnı meydanına ta 2043-cü ilə qədər çıxmaqda davam edəcəm, yəni 100 yaşım tamam olanacan. Hərçənd ümid edirəm ki, can atdığımız azadlıqları o zamana qədər ala biləcəyik. Əminəm ki, arxamızca başqaları da gələcək” – deyə yazıçı-siyasətçi bildirib.

Müxalifətçilər deyirlər ki, Rusiya Konstitusiyası vətəndaşlara mitinq, yürüşlərin keçirilməsi azadlığı verir, hökumətin aksiyalar üçün icazə tələb etməsi qanunsuzdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG