Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:38

Ermənistan Azərbaycan ailəsinin ondan sığınacaq istədiyini iddia edir


Baqrataşen keçid məntəqəsi
Baqrataşen keçid məntəqəsi
-

Ermənistanın Milli Təhlükəsialik Xidməti Ermənistandan siyasi sığınacaq istəyən Azərbaycan ailəsinin adlarını açıqlayıb.

Xidmətin məlumatına görə, ailə Azərbaycanın xüsusi xidməti tərəfindən təzyiqlərə məruz qaldığına görə bu addımı atıb.

Bu haqda Ermənistan Milli Təhlükəsialik Xitmədinə istinadən Azadlıq Radiosunun erməni xidməti xəbər verir.

Ermənistan MTX-nin saytında dərc olunan məlumatda deyilir ki, 1976-cı il təvəllüdlü Bakı sakini Gürcüstan-Ermənistan sərhəddindəki “Baqrataşen” nəzarət-buraxılış məntəqəsini keçərək ailəsi və 3 uşağına siyasi sığınacaq istəyib.

Onun dediyinə görə, erməni əsilli Bakı sakini R. Mirzəyeva ilə evləndikdən sonra xüsusi xidmət orqanları tərəfindən daim təzyiqlərə məruz qalıb və sonda onlarla əməkdaşlıq etmək, həyat yoldaşının xaricdə yaşayan qohumları vasitəsi ilə Ermənistan və Diaspora barədə məlumatları onlara ötürmək məcburiyyətində qalıb. Sonra o, ailəsinin həyatından ehtiyat etdiyinə görə, xarici ölkələrdən birinə qaçmaq istəyib, amma cəhdi baş tutmayıb. Bundan sonra ona qarşı təzyiqlər daha da artıb. Və nəhayət çıxılmaz vəziyyətdə qaldığından Ermənistandan siyasi sığınacaq istəmək qərarına gəlib.

Ermənistan Təhlükəsizlik Xidmətinin məlumatına görə, BMT-nin Yerevandakı nümayəndəliyi və Ermənistanın Miqrasiya Xidməti hazırda ailənin gələcək taleyi ilə məşğuldular.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG