Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:39

Fevralın 18-də İranın nüvə proqramı ilə bağlı növbəti danışıqlara başlanacaq


Catherine Ashton və Javad Zarif

Catherine Ashton və Javad Zarif

İranın nüvə proqramı ilə bağlı növbəti danışıqlar fevralın 18-də Vyanada keçiriləcək.

Bunu Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton cümə günü Münhendə keçirilən təhlükəsialik konfransı çərçivəsində İranın xarici işlər naziri Nuhammad Javad Zariflə görüşdən sonra bəyan edib.

Danışıqların bu mərhəlsində yekun razılaşma müzakirə olunacaq.

Ötən ilin sonunda İranın nüvə proqramı ilə bağlı Tehran və aparıcı 6 dünya ölkəsi arasında əldə olunmuş ilkin razılaşmadan sonra Tehran uran zənginləşdirilməsi üzərində işi dayandırıb, əvəzində ona qarşı tətbiq edilən beynəlxalq sanksiyalar yüngülləşdirilib.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.
Tehran ittihamı rədd edir, nüvə proqramının dincməqsədli olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG