Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:33
Cenevrədə Suriya hökuməti ilə müxalifət arasında aparılan sülh danışıqlarının birinci mərhələsi başa çatıb.

Suriyanın xarici işlər naziri Walid Muallim danışıqlarda elə bir cidi nəticə əldə olunmadığını deyir.O buna görə cavabdehliyi müxalifətin üzərinə atıb və qeyd edib ki, bu ABŞ-ın ciddi müdaxiləsi üzündən baş verib.

Suriya üzrə beynəlxalq elçi Lakhdar Brahimi də elə bir ciddi irəliləyiş olmadığını bildirib, amma o fevralın 10-da danışıqların bərpasına ümidlə yanaşdığını qeyd edib.

3 ilə yaxındır ki, davam edən Suriya münaqişəsində 100 mindən çox adam ölüb.Beynəlxalq aləm münaqişəni dayandırmağa çalışır.
XS
SM
MD
LG