Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:49
Azərbaycanın "Qəbələ" klubu rusiyalı futbolçu Marat İzmaylovla müqavilə imzaladı.Apasport.az saytının məlumatına görə, Portuqaliyanın "Portu" klubu və futbolçu ilə apardığı danışıqlar müsbət nəticələnib.Onunla 2014-cü il iyunun 30-dək müqavilə imzalanıb.

1982-ci ildə Moskvada anadan olan İzmaylov peşəkar futbolçu karyerasına 2000-ci ildə "Lokomotiv"in əvəzedici heyətində başlayıb.Qısa müddətdən sonra o "Lokomotiv"in əsas heyətinə qtılıb.

2007-ci ildən karyerasını Portuqaliyada davam etdirən İzmaylov 2007-2013-cü illərdə "Sportinq" Lissabon , 2013-cü ildə isə "Portu"nun şərəfini qoruyub.O "Sportinq"in heyətində 1dəfə Portuqaliya Kuboku , 2 dəfə isə Portuqaliya Superkubokunun qalibi olub.Ötən mövsümdə isə Portu-nun heyətində çempion olub.O, bu komanda yerli Superkuboku da qazanıb.

35 dəfə Rusiya yığmasının formasını geyən Marat, millidə 2 qol vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG