Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:13

Sargisian Ermənistanın hərbi quruculuğunda Rusiyanın rolunu qeyd edir


Sargisian və Zeman mətbuat konfransında
Sargisian və Zeman mətbuat konfransında
Çexiya respublikasında rəsmi səfərdə olan Ermənistan prezidenti Serz Sargisian mətbuat konfransında Azərbaycanla-Ermənistanın təmas xəttində baş verən son toqquşmaları şərh edib. Çexiya prezidenti Milosh Zeman-la görüşdən sonra jurnalistlərin suallarına cavab verən Sargisian deyib:

"Sərhəddə baş verənlər sizə əsas verir deyəsiniz ki, bizim tərəfdən vəziyyət tam nəzarət altındadır. Bizim ərazi bütovlüyümüzü və sərhədlərimizin toxunulmazlığını qorumağa bütün imkanlarımız var". Və "Bu imkanlar yaradılıb və hazırda gücləndirlir, yeri gəlmişkən o cümlədən Rusiya Federasiyasının səyləri ilə" - deyə Ermənistan prezindeti əlavə edib.
XS
SM
MD
LG