Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:37
-
“Bir ananın gözünün qarşısında övladının anbaan, günbəgün ölümlə yaxınlaşması nə deməkdir, heç bilirsiz? Mən hər gün oğluma baxıb bu işgəncəni yaşayıram”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Xırdalan sakini Telnaz Xəlilova deyir. Ananın sözlərinə görə, 32 yaşlı oğlu Vaqif Xəlilov uşaqlıqdan böyrək çatışmazlığından əziyyət çəkir. Ancaq onun müalicəsi, əməliyyatı ailənin imkanları xaricindədir:

“Bəlkə kimsə səsimizi eşidə, bizə yardım edə... Ailə vəziyyətimiz çox çətindir. İki oğlum, bir qızım var. O biri oğlum gözdən birinci qrup əlildir, evdə əl havasına gəzir. Bir uşaq atasıdır. Həm də hepatit xəstəsidir. Onun böyrəyindən istifadə edə bilməzlər. Bu oğlum da iki böyrəyindən xəstə... Öz böyrəklərim də xəstədir, mən üçüncü, bu oğlum ikinci qrup əlildir”.

TƏKBAŞINA ÇƏKİLƏN YÜK...

Ana deyir, ailə başçısı çoxdan vəfat edib. İki əlil övladının yükünü təkbaşına çəkir:

“Vaqifi həftədə 3 dəfə dializə aparıram. 4 saat dializ qəbul edir. Ordan qayıdanda saatlarla yataqda qalır. Halsızlıq, baş ağrıları, təzyiq... Başım övladlarıma qarışıb, işləyə bilmirəm. Vəziyyətlərinə baxıb üzülürəm... Sağ olsun Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli. Nazirliyə çox get-gəldən sonra onun qəbuluna düşə bildim, mənə kömək etdi. Ondan əvvəl oğlumu özəl xəstəxanalardan birinə dializə aparırdım. Evdəki əşyalarımıza kimi satıb tükəndirmişdik. Nəyimiz vardısa, hamısı dializ xərclərinə getdi. Anar Qədirlinin köməyi olmasaydı, yəqin ki oğlumun dializi yolunda ev-eşiyimizi də satıb küçədə qalmışdıq...”

Səhiyyə Nazirliyindən bildiriblər ki, Vaqif Xəlilov Su Tikinti Xəstəxanasında pulsuz dializ alır. Nazirliyin xəstə gəncə bundan artıq kömək etmək imkanı yoxdur.

Telnaz Xəlilova deyir, özü də Səhiyyə Nazirliyinə bier ençə dəfə müraciət edib və eyni cavabı alıb. Ananın son ümidi xeyriyyəçi insanlaradır.

“İmkanlı adamlardan rica edirəm, nəyə imkanları çatırsa, xəstə övladıma yardım etsinlər”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG