Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:26

Amano Yukio: " Artıq İranın nüvə proqramının daha çətin tərəflərinə baxmaq vaxtıdır"


Yukio Amano

Yukio Amano

Artıq İranın nüvə proqranı ilə bağlı problemin daha çətin aspektlərinə baxmaq vaxtıdır.
Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukio Amano bəyan edib.O France-Presse agentliyinə müsahibəsində bildirib ki, agentlik yaxın vaxtlarda gündəliyə İranın hərbi nüvə tədqiqatları aparmasının mümkünlüyü barədə məsələ salmalıdır.

Ötən ilin sonunda İranın nüvə proqramı ilə bağlı Tehran və aparıcı 6 dünya ölkəsi arasında əldə olunmuş razılaşmadan sonra Tehran uran zənginləşdirilməsi üzərində işi dayandırıb, əvəzində ona qarşı tətbiq edilən beynəlxalq sanksiyalar yüngülləşdirilib.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir. Tehran ittihamı rədd edir, nüvə proqramının dincməqsədli olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG