Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:07

Zaqatalada müsavatçıları Rəsulzadənin heykəlinə buraxmayıblar


-
Zaqatalada Məmmədəmin Rəsulzadənin heykəlinin ziyarətinə imkan verilməyib.

Bunu Müsavat Partiyasının Balakən təşkilatının sədri Akif Məmmədov AzadlıqRadiosuna bildirib.

Onun dediyinə görə, yanvarın 31-də səhər saatlarında Balakəndən bir qrup müsavatçı və müxalifət tərəfdarı Zaqatalaya gedib:

«Orda yerli müxalifətçilərlə birgə Rəsulzadənin abidəsi ziyarət ediləcəkdik, abidə önünə gül qoyulacaqdıq. Amma mülkigeyimli şəxslər buna mane oldular, hətta çəkiliş aparmağa belə imkan vermədilər. Kim ki şəkil çəkmişdi, çəkilənləri fotoaparatın yaddaşından pozdular».

Akif Məmmədov mülkigeyimli şəxslərin yerli polis əməkdaşları olduğunu iddia edib.

Zaqatala Polis İdarəsinin rəis müavini Yaşar Hüseynov isə AzadlıqRadiosuna bildirib ki, Rəsulzadənin abidəsi ziyarət olunub:

«Mənə məlumat verdilər ki, bir dəstə adam gəlib, gül qoyub gediblər. Necə ola bilər ki, Rəsulzadənin abidəsini ziyarət etməyə imkan verilməsin?! Burda nəsə anlaşılmazlıq var».

Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri M.Ə.Rəsulzadənin doğum günüdür.
XS
SM
MD
LG