Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:49

Ukraynanın müdafiə nazirliyi prezidenti təcili addımlar atmağa çağırıb


Ukraynanın müdafiə nazirliyi prezident Viktor Yanukovyci ölkədəki böhranı yoluna qoymaq üçün təcili addımlar atmağa çağırıb.

Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hərbçilər və nazirliyin rəsmiləri prezidentlə görüşüb, ali baş komandan kimi onu qanun çərçivəsində tədbirlər görməyə çağırıblar.Nazirlik həmçinin bəyan edib ki, aksiyaçıların hökumət binalarını zəbt etməsi qanuna ziddir.Müdafiə nazirliyi xəbərdarlıq edib ki, zorakılığın yayılması, ölkənin bütövlüyünü təhlükə altında qoyur.

Ukrayna müxalifəti isə müxalifət fəallarının işgəncə və təqiblərə məruz qaldıqlarını deyir.Müxalifət buna misal kimi İqor Lutsenko və Dimitri Bulatovun oğurlanması və işgəncələrə məruz qalmalarını göstərir.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kəskin etirazlara səbəb olub.Sonda hökumət bu günlərdə istefaya getdi və nümayişlərlə bağlı qəbul edilmiş kəskin qanunlar ləğv edildi.

Rusiya isə son hadisələrdən sonra Ukraynaya vəd etdiyi 15 milyard dollarlıq yardım paketini dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG