Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:49
-
Yanvarın 31-də Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti Aşurbəy və Müşfiqabad məscidlərinin idarənin təşkilati tabeçiliyində olmamağı ilə bağlı açıqlama yayıb.

Media forum-un məlumatına görə, açıqlamada deyilir ki, İçərişəhərdəki Aşurbəy məscidi və Müşfiqabad qəsəbə məscidindəki dini icmalar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçməyiblər:

«Aşurbəy və Müşfiqabad məscidləri QMİ-nin təşkilati strukturuna daxil deyil və buna görə də həmin məscidlərə heç bir din xadimi təyin edilməyib. QMİ özünü həmin məscidlərin imamı, axundu kimi təqdim edənləri tanımır».

Müşfiqabad qəsəbə məscidinin axundu Mübariz Qaçayev AzadlıqRadiosuna məlumatı şərh etmək istəməyib. Yalnız onu deyib ki, həqiqətən də məscid dövlət qeydiyyatında deyil. Mübariz Qaçayev bildirib ki, onlar məscidlərin təkrar qeydiyyata alınması zamanı Müşfiqabad məscidinin də qeydiyyata alınacağına inanırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG