Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:42

Xocasən yolunda 30 yük avtomobili yolda qalıb


Bakı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya bildirib ki, Yasamal rayonu, Günəşli qəsəbəsi və Xocasən-Sumqayıt istiqamətində nəqliyyatın hərəkətində problem yaranıb. Xüsusilə Xocasən-Sumqayıt istiqamətində 30 yük avtomobili yolda qalıb. Baş verən hadisə ilə əlaqədar bu istiqamətdə tıxac yaranıb. Hazırda Bakı Şəhər İcra hakimiyyəti, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin əməkdaşları hadisə yerində müvafiq tədbirlər görür.

V.Əsədov bu saata qədər paytaxt ərazisində 30 yol qəzasının baş verdiyini bildirib. Hadisə nəticəsində ölən yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG