Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:55
Almaniyada Münhen təhlükəsizlik konfransı başlayır

Cümə günü dünyanın 20-dək dövlət və hökumət başçısı, xarici işlər və müdafiə nazirləri Münhendə, 50-ci Təhlükəsizlik Konfransına toplaşırlar.

3 günlük tədbirin gündəliyinə Suriyadakı vətəndaş müharibəsi, Ukraynadakı siyasi böhran, İranın nüvə proqramı daxildir.

Rusiyanı xarici işlər naziri Sergei Lavrov, Birləşmiş Ştatları Dövlət katibi John Kerry təmsil edir. İrandan iştirakçı xarici işlər naziri Mohammad Javad Zarif-dir.

BMT-nin baş katibi Ban Ki-moon, Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton, Avropa Komissiyasının prezidenti Herman Van Rompuy, NATO-nun baş katibi Anders Fogh Rasmussen, Suriyanın beynəlxalq elçisi Lakhdar Brahimi də tədbirdə iştirak edəcək.

Kerry konfrans çərçivəsində Ukraynanın müxalifət liderləri Vitali KlitschkoArseniy Yatsenyuk-la görüşməyi nəzərdə tutur. Lavrovun isə İranın və Ukraynanın fəaliyyətdə olan xarici işlər naziri Leonid Kozhara ilə görüşü gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG