Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:31
-
Yanvarın 31-də Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən biri Məhəmmədəmin Rəsulzadənin 130 illik yubleyi keçirilir.

Bu gün bir qrup müxalifət təmsilçisi Bakının Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin abidəsinin ziyarət edilməsi üçün toplaşır.

Milli Şuranın üzvü Şahvələd Çobanoğlu AzadlıqRadiosuna bildirib ki, bir neçə dəqiqədən sonra ziyarət başlayacaq: “Havanın qarlı-çovğunlu olmasına baxmayaraq, gələnlər var. Toplaşırıq, bir azdan Rəsulzadənin abidəsini ziyarət edəcəyik”.

Müsavat Partiyasının rəhbərliyi, müsavatçılar isə artıq Rəsulzadənin abidəsini ziyarət ediblər.

Müsavat.com-un məlumatına görə, ziyarətçilər arasında Rəsulzadənin silahdaşı Cəmil Ünal olub. Müsavat Partiyası və Ankaradakı Azərbaycan kültür Dərnəyi adından Məhəmməd Əmin Rəsulzadənin abidəsi önünə əklillər qoyulub. Müsavat Partiyasının başqanı İsa Qəmbər və Ankaradakı Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal abidə önündə çıxış ediblər.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Prezident İlham Əliyev ötən il dekabrın 22-də Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG