Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:29
ABŞ hökuməti bildirib ki, Bostonda keçirilən marafon yarışında bomba partlayışı törətmiş şübhəli Dzhokhar Tsarnaev-in mühakiməsində onun üçün ən ağır cəzanı tələb edəcək.

Bu barədə bəyanatı Birləşmiş Ştatların baş prkuroru Eric Holder verib.

Bu iş üzrə baxılacaq 30 ittihamdan 17-si ölüm cəzasını nəzərdə tutur.

20 yaşlı şübhəlinin 2013-cü ilin aprelində törətdiyi bomba partlayışı nəticəsində üç nəfər həlak olub, 260 nəfər yaralanıb.

Şimali Qafqazdan olan Tsarnaev ittihamları rədd edir və məhkəmə günü hələlik təyin edilməyib.

Müstəntiqlər əmindirlər ki, Dzhokhar Tsarnaev və onun polislə atışmada həlak olmuş qardaşı Tamerlan, Boston marafonunun finiş xətti yaxınlığında iki bomba partladıblar.

ABŞ-a 2002-ci ildə mühacirət etmiş qardaşlar Massaçusetts şəhərində yaşayırdılar.

Rəsmilər bildirirlər ki, Tsarnaev qardaşları bu aktı ABŞ-ın müsəlman ölkələrindəki hərbi əməliyyatlarına etiraz olaraq törədiblər.

Massaçusetts ştatı ölüm cəzasını 1984-cü ildə ləğv edib, lakin Tsarnayev-in işinə federal məhkəmə baxacaq.

Federal ölüm hökmü 1988-ci ildə bərpa olunandan bəri 70 nəfər ən ağır cəzaya layiq görülüb.

Lakin indiyədək onlardan yalnız üçü edam edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG