Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:04
-

Əfsanəvi ABBA musiqi qrupunun üzvü Byorn Ulveus uşaq yazıçısı kimi debüt edib. Onun uşaqlar üçün yazdığı kitabda ABBA-nın bir çox mahnılarının bəstələndiyi pianodan bəhs edilir.

“Ağca piano” hekayəsində İsveç adalarının birindəki qədimi evə gözəl bir vaza gətirirlər. Vaza otaqdakı masayla söhbətləşməyə başlayır və küncdəki pianonun niyə dinməz-söyləməz dayandığına təəccüblənir. Masa pianonun kədərli hekayətini danışmağa başlayır... Amma nağıl xoşbəxt sonluqla bitir.

Kitab 7 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. “Bu kitabı ona görə yazdım ki, yazmağı sevirəm. Amma 7 yaşlı uşağın diqqətini necə çəkəsən? Asan iş deyil. Yalnız zaman göstərəcək ki, uşaqların dilini tapa bilmişəmmi” – deyə Ulveus bildirib.

Kitab 5 dildə buraxılıb və Stokholmdakı ABBA muzeyində satılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG