Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:31
-

Artıq 70-ci illərdə milyonlarla yaşlı və gəncdən ibarət yapon oxucu kütləsi milli şeir janrlarına, xüsusilə də tankalara marağını itirmişdi.

1987–ci ildə Tokio ətrafındakı qəsəbələrin birində yaşayan 26 yaşlı ədəbiyyat müəlliməsi Mati Tavara ilk şeirlər toplusunu nəşr etdirdi.

Kitabın elə ilk tirajı on beş günə satılıb qurtardı.

1991–ci ildə təkcə Yaponiyada onun kitabları dörd milyon nüsxədən çox satılmışdı. Əgər nəzərə alsaq ki, o illərdə qədər Yaponiyada hətta tankaların ustası kimi tanınmış şairlərin kitabları da iki, üç min nüsxədən artıq satılmırdı, onda Mati Tavaranın bu şeir janrına oyatdığı marağın, tanka şeirini yenidən canlandırdığını demək olar.

Mati Tavara klassik yapon şeiri stilində yazdığı beş misralı tankalarda, sakit gənclik həyatının kiçik sevinclərini və iztirablarını təsvir edirdi və bu debüt şeirlər yapon ədəbiyyatında əsl çevrilişə səbəb oldu. Şeir ənənəsinin müdafiəçiləri şairəni öz ruhi təəssüratlarını oxucuya çatdırmaq üçün minillik şeir dili olan kanonları (sakura budağı) kobudca pozmaqda ittiham edirdilər. Lakin oxucular elə həmin səbəbdən bu şeirlərə vurğun idilər.

“Gəl qovuşaq!”
Günlərin bir günü dedin
Və ondan bəri
Altı iyul – Salatın ad günüdür.


Bir səhərçağı bu şeiri yazan şəxs bilməzdi ki, bu şeir yarım il sonra milli mədəniyyətin müdafiəçiləri tərəfindən necə qızğın tənqid olunacaq. Onlara görə bu, “klassik kanonların pozulması, qədim ənənlərə hörmətsizlik, bir sözlə ədəbiyyat dələduzluğu” idi.

Kitabın “Salatın ad günü” adlandırılması, tipik yapon qadının mətbəx həyatındakı sözlərin bol-bol istifadəsi və bu məişət həyatının fonunda zərif sevgi obrazlarının canlandırılması ilə əlaqədardır.

“Salatın ad günü” toplusu beşlik şəklində yazılmış 434 qısa şeirdən - tankadan ibarətdir.

Çox təəssüf ki, nə qədər çalışırsansa çalış yapon heroqlif poeziyasını və sinonimlər sistemini çevirib Avropa hərfləri ilə ifadə etmək mümkünsüzdür.

Tezliklə “Salatın ad günü” toplusunda olan şeirlərə musiqi yazmağa, teleseriallarda və tam metrajlı filmlərdə istifadə etməyə, cizgi filmləri çəkməyə başladılar. Yapon mədəniyyətində “Tavara fenomeni” adlı yeni anlayış ortaya çıxdı.

“Salatın ad günü” yaponlar üçün görünməmiş, ideal məişət pop-kulturasına çevrildi. Burada yapon cəmiyyətinə xas qadın-kişi münasibətləri və mühafizəkar yapon mədəniyyəti zərərsiz şəkildə Avropa mədəniyyəti ilə birləşdirilir.

Şeirləri Tavaranın öz ifasında

Günün bütün mövzuları

XS
SM
MD
LG