Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:39

ABŞ-ın dövlət katibi Ukraynanın müxalifət liderləri ilə danışıb


John Kerry

John Kerry

-

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psakinin verdiyi məlumata görə, dövlət katibi John Kerry yanvarın 30-da telefonla Ukraynanın siyasi və dinc hərəkatda aktiv olmuş mülki cəmiyyət liderləri ilə danışıb:

“Dövlət katibi bir daha ABŞ-ın Ukrayna xalqının Avropayla yaxınlaşmaq yönündə demokratik istəklərinə dəstəyini ifadə edib və həmin müxalifət liderlərinə zorakılığa qarşı çıxış etdikləri, demokratiyanın müdafiəsi uğrunda cəsarətllə mübarizə apardıqları, öz məqsədlərinə dinc üsullar və dialoq yolu ilə çatmaq səylərinə görə təşəkkür edib”.

Dövlət katibi həmçinin Ukraynadan gələn bəzi xəbərlərdən, o cümlədən adamların yoxa çıxması, öldürülməsi xəbərlərindən narahatlığını ifadə edib. Kerry deyib ki, ABŞ Ukrayna hökuməti ilə iş aparır ki, həmin cinayətləri araşdırmaq, cinayətkarları məsuliyyətə cəlb etmək üçün Ədalət komissiyası yaradılsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG