Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:41

Ukrayna prezidenti hakimiyyətin bütün öhtəliklərə əməl edəcəyini vəd edib


Viktor Yanukovych
Viktor Yanukovych
Ukrayna prezidenti Viktor Yanukovych bildirib ki, hakimiyyət ölkədəki siyasi böhranın həlli ilə bağlı bütün öhtəliklərinə əməl edəcək.

O eyni zamanda müxalifəti gərginliyi artırmaqda günahlandırıb.

Yanukovych həmçinin hakimiyyətin müxalifətlə qarşıdurmada səhvə yol verdiyini etiraf edib.O vətəndaşların tələbləri və ehtiyaclarına böyük anlaşma ilə yanaşılacağını vəd edib.

Prezident belə bir bəyanatla müxalifət amnistiya haqqında qanunu rədd etdikdən sonra çıxış edib.Qanun layihəsinə görə amnistiya nümayişçilər zəbt etdikləri hökumət binalarını tərk etdikdən sonra qüvvəyə minir və bu ağır cinayət törədən şəxslərə aid deyil.Müxalifət liderlərindən biri Vitali Klitschko bəyan edib ki, bu cəmiyyətdə gərginliyi azaltmaq əvəzində , onu daha da artıracaq.

Qeyd edək ki, Ukrayna hökuməti çərşənbə axşamı istefaya göndərilib.Bundan başqa bu günlərdə nümayişlərlə bağlı qəbul edilmiş kəskin qanunlar ləğv edilib.Bunu müxalifət tələb edirdi.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kəskin etirazlara səbəb olub.
XS
SM
MD
LG