Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:19

Ötən il Azərbaycandan Avropa Məhkəməsinə 1293 şikayət gedib


-
apa-nın məlumatına görə, belə bir statistika Avropa İnsan Haqları Məhkəməsinin illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında açıqlanıb.

Hesabata əsasən, 2013-cü ildə məhkəməyə müxtəlif ölkələrdən 100 minə yaxın şikayət daxil olub. Bu şikayətlərdən 65 mini məhkəmə icraatına götürülüb.

Ötən il ən çox şikayət Rusiyadan daxil olub – 16 min 800 şikayət. 14 min 400 şikayətlə İtaliya ikinci, 13 min 300 şikayətlə Ukrayna üçüncü yerdə durur.

Şikayətlərin çoxu – 30 faizi «ədalətli məhkəmə prosesi» ilə əlaqədardır.

2013-cü ildə Azərbaycandan Avropa Məhkəməsinə göndərilən 1293 şikayətdən 325-i məhkəmə icraatına götürülüb. 284-ü icraatdan çıxarılıb, 115 iş üzrə Azərbaycan hökuməti ilə kommunikasiya aparılıb, 8 şikayət üzrə qərar çıxarılıb.

2001-ci ildən - Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasına qoşulduqdan bəri ölkə üzrə 76 qərar çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG