Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:09

Avropa Məhkəməsi Aqil Xəlillə bağlı hökumətə suallar göndərib


Aqil Xəlil

Aqil Xəlil

-
Avropa İnsan Haqları Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı, hazırda Fransada mühacirətdə olan Aqil Xəlilin işi ilə bağlı Azərbaycan hökumətinə 15 sual göndərib.

Bu barədə yanvarın 30-da Media Hüququ İnstitutu məlumat yayıb. Hökumət həmin sualları may ayının 1-dək cavablandırmalıdır.

Aqil Xəlil 2008-ci ilin fevral ayında Bakıdakı Zeytun bağlarında peşə fəaliyyətini yerinə yetirərkən hücumuna məruz qalıb. Jurnalist ona qarşı olan hücumların Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli işçiləri tərəfindən olduğunu deyib.

Basqı olayının araşdırılması tələbilə hüquq mühafizə qurumlarına etdiyi müraciətlərdən sonra da ona qarşı təzyiqlər səngiməyib. Çoxsaylı təhdidlərdən sonra Fransaya mühacirət edib.

Aqil Xəlilin hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri Rəşid Hacılı ilə Elçin Sadıqov müdafiə edir.

Vəkillərin Avropa Məhkəməsinə göndərdikləri şikayətdə qeyd olunur ki, ölkə məhkəmələri fiziki-psixoloji basqılara, işgəncələrə məruz qalmış jurnalistin şikayətləri üzrə qərarlar verərkən onun Avropa Konvensiyasında təsbit olunmuş hüquqlarını pozublar.

Vəkilləri Avropa Məhkəmsindən Aqil Xəlilin Avropa Konvensiyasında təsbit olunan pozulmuş hüquqlarının tanınmasını, işlə bağlı çəkilən xərclərin və dəymiş maddi -mənəvi zərərin əvəzinin ödənilməsinin təmin olunmasını xahiş ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG