Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:56

Komitə Suriyaya gedənlərə dəstək verdiyi deyilən məsciddə yoxlama aparıb


-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Suriyada döyüşməyə gedən azərbaycanlılara dəstək verdiyi iddia olunan “Müşfiqabad məscidi” Dini İcması ilə bağlı yoxlama aparıb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yenidən qeydiyyatdan keçməyən icmada yoxlamalar bir müddət əvvəl aparılıb və fəaliyyətində bir sıra qanunsuzluqlar aşkarlanıb.

“Araşdırma bitdikdən sonra dini icmanın fəaliyyəti ilə bağlı qərar veriləcək və ictimaiyyətə açıqlanacaq”.

Komitə dövlət qeydiyyatından keçməyən digər icmaların da fəaliyyəti ilə bağlı yoxlamalar aparacaq.

Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev isə Komitənin bu addımının anlaşılmaz olduğunu bildirib: “Niyə yoxlama aparırlar, bilmirəm. Mənim özümə bu barədə heç nə deyilməyib”.

Son vaxtlar Suriyaya gedənlərlə bağlı deyilənlərə gəldikdə, məscid imamı “mən bu barədə heç nə deyə bilmərəm” cavabını verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG